Список текстов песен h.o.s.t

Фильтр
Количество слов
Язык
Сортировка:
Название трека (А-Я)
Название трека (Я-А)
Артист (А-Я)
Артист (Я-А)
Текстов на странице:
16
16
32
64
128
Выбрать все
Скачать выбранные:
одним файлом
отдельными файлами

Текст песни:

Olülərim sevinsin,gəldi Tanrınız

Əsirlərlə,qəddarcasına alovlarda
yandınız

Yox olmuşam sandınız,amma artıq burdayam

Çox amansız,Çox qəddar cəzalar arzusundayam

Gəlmələrin ruhuyam,səmalardan
gəlmişəm

Qaranlığıma baglıyam,mın Maranı
sevmişəm

Dirilərdən bezmişəm,onlar üçün kor
yuxuyam

Cansızlıqdı dərdiniz,sizlər
üçün oxuyuram..,

Ağlama,yaşla dolar qanı içilmiş qəlbiniz

Söz demə duyan olar var özünüzdən sirriniz

Çətindimi yaşamaq,günahsız,sevgisiz?!

Küləklidi həyat yolunuz,gəmilərsə
yelkənsiz

Ölülərimin cərgəsinə,namizədsiz
hər biriniz

Diliniz yedizdirir yalan yeyən qarğaları

Kəşf etdim daş ürəklərdə boş
məzarları

Hiss etdim cənnətdən uzaqlaşan tayfaları

Qayaları parça-parça etməyə qadir insan

Nə acizsən duyğularda qorxu görüb ağlayanda

Tənhalıqdan qışqıranda əl uzatdım
istəmədin

Sən həyatsan,mən ölüməm,ağlayacam
qovuşanda

İnanmadın,yox ol dedin,xoşbəxtsənmi bu
həyatda?!

Milyonlar uçun əsir oldun,qeyb olmusan sarmaşıqda

Dua etdin göz istədin,Allah verdi bəyənmədin

Can istədin,onuda verdi,fitnələrdən bezmədin

Gündüzlərə göz
yumuldu,gecələrdə həsrət qaldı

İşiqa,imama nifrət vardı,qulaqlarda qeybət
vardı

Ümid vardı sandı yandı,qanda xeyli igid vardı

Cənnət əhli darıxırdı,orda tənha
şəhid vardı

Bəs nə oldu?gözün doldu,bu tək yoldu,yolda koldu

Qaradonlu qarğa qondu,taxta qondu,qanıvı sordu

Güclü ordu gözüvə durdu,mən deyildim
üzünə durdu

Qəddar tələ izivə qurdu,tab gətirmir artıq
sondu...........,



Barmaqları çürümüş
bəstəkarın nəğməsi,yara
basmış dilimdə,

Hər gecə onun səsiylə,ağrılarla
oyanır qara dərviş içimdə.

Ağlıyır heç vaxt ağlamayan susuz
çöllərim keçmiş itmiş izlərim,

Bağırdım,bağırtım ağrımla
bağrımı yandırdı,yandı hisslərim.

Tərki dünyalıq,əzablarla dolu boxça
qırışmış əlimdə,

İllərlə
yaşadığım,yaşatdığım
basdırılmış hisslər
bükülmüş belimdə.

İzdiham içində getsəmdə
getməsəmdə,itsəmdə
itməsəmdə,

Onsuzda yorğun baxışlar çevirdi həyat
düşüncələrimi başqa səmtə.

Ağlama dedim amma ağladı,qulaq asmadı göz
yaşlarım gələcəyimi görən kimi,

Bilən kimiki həsrət sonu ünvan olub kədər bunu
gülə-gülə deyən kimi.

İtən kimi sevinc möhürləri həyatımdan
ayaq açıb qaçıb gedən kimi,

Kimi sınağa çəkər görən
fələk aldığım çətin
nəfəs bitən kimi.

Paltarım,əməllərim oda qara çirkli
cırığ,söküy

Sus Dərviş,sakit ol qarğa,Mete,Aid bu gün nə
isə sönüy

Ümidsiz xəyallarım itkin düşmüş
ümidlər yoluma səd çəkər

Ağrı,nəfəs,kömək,ömürl
252;k tənhalıq və qaranlıq gələr



Qanadlarıma sığal çək,qucaqla belimi
başını sinəmə qoy,

Gözünü yum,say ona kimi,qollarımda gizlən
özüvü axtar özüvü.

Tap içimdə,ipək saçların
tökülsün üzümə gözlərin
gətirdi gecəni,

Sinəmi tut,dərimi cır,ətimi
did,qabırğalarımı sındırıb,tap
ürəyimi.

Əgər varsa mənədə
göstər,əgər yoxsa gizlə yalannan de var
dərində doyünür hələdə,

Dırnağınla cız üstündə
adıvı əbədi qalsın orda.

Güllər ək!sevgimiz qədər
gözəl,zəhərli tikanlarını qır
dişinlə tüpür ocağa,

Yansın orda,biz susaq,dodaqlar danışsın
nağıldan,nağıla gəzək
əl-ələ

Tozlu səhifələrdə,ən dərin
zirvələrdə nalə çək

Qışqır adımı əbədi karlar
ölkəsində

Çılpaq qayaların yasında dalğalar
gələndə,

Mənidə çağır darıxsan utanma
məndə darıxacam

Göz yaşım islatdı amma
qığılcımla alışacam

Ağlama gəl qarışaq südlə bal kimi,odla
köz kimi

Bir az döz mənə,bir az sev məni

Bir az inan,qısqan bir az içimdə qarğalarıma

Tulla qaydalarını,gəl sökək tərbiyə
pərdələrini

Parçala,yol əllərinlə saçımı
dibinnən



Dişlə dodağını,qanını tök
yanağıma iyrənim bir az

Günəşi ört adınla,qaranlıqda
tüstü dumana qarışaq

Zamanı saxla son nəfəsdə cəhənnəm
oduyla alışaq

Diyirlənir yenə qələm ucunda diyircək,

Nəfəsdə ağır-ağır
gedir-gəlir,quruyub boğaz yoxdu tüpürcək.

Sonuncu tüstümdü dostum götür
çək,yanımda Dərviş ölüm
Tanrısı

Qarğa qara lələklə yoluma davamdayam,sənsə
qulaqlarıva hakim kəsilmiş

Bu kəsin səsin bir az aciqda aç,yerivi rahatla

Fikirlərimə azad əmri verib qanadlan,xoşuva
gələn mövzulardan geriyə qayıtma

Qon,qal oralarda don demişəm,bütün
çərçivələrə və
sərhədlərə son demişəm

Saatlar gücsüz olub,işləmir
əqrəblər,bədən yorulmuş ayaqlar
üstündə

Amma bitmir tələblər,əllər isə yorulmur
yazır bitmir səbəblər

Ölmüş sinirlərlə özünü
ayırıb beyinnən əsəblər

Başıma qonmuş dövlət quşudu qarğa,

Mən isə Dərviş Ölüm
Tanrısıyla müqaviləm var

Öldürə bilməz track bitməmiş,replay bas uzat
ömrümü

Yadakı ölsəm ağlama,vəsiyyətimdi yas saxlama

Dumanım bitdi vidalaşdım,dedim gözləmə

Bundan sonra tək dostam özüm-özümə
mən!

@ H.O.S.T

Подробнее

Текст песни:

Bir gün buza dönəcəm,bir gün qaçacam ataraq
keçmişə günəşi

Bir gün səsə dönəcəm,hər
qulağa qonaq gedəcəm qalacam qonaq əbədi

Mən oda dönəcəm,düşməni
yandırıb dostu şaxtada isidəcəm

Mən bir gün pula dönəcəm,sevəcək
hamı məni olacaq hörmətim

Mən bir gün körpüyə
dönəcəm,birləşdirəcəm topa-topa
ayrı düşən millətə

Mən sona dönəcəm,əvvəlimi sonumda
tapdım yenə da sonum əvvəlim

Şeytana dönəcəm,çıxacam üzə
məni görən inanacaq ki Allah da var

Qışa dönəcəm,yaza
dönəcəm,yay dönəcəm,payız olacam

Mən bir gün rüşvətə
dönəcəm,biləcəm-kimin cibindən kimin
cibinə gedirəm

Cənnətə
dönəcəm,çoxlarının bu dünyada olacam
tək ümidi

Bayrağa dönəcəm,mən yerə
düşməmiş təslim olmaz hələ
irəli

Caynağa dönəcəm,qoy dəsta-dəsta canavarlar
üstümə gəlsin



Mən hava olacam,oda dönəcəm,suya
dönəcəm,sonda da qara torpaq

Gün əriyəcək,gecə
keçəcək,oda bitəcək amma qalacam unudulmaz

Mən hava olacam,oda dönəcəm,suya
dönəcəm,sonda da qara torpaq

Gün əriyəcək,gecə
keçəcək,oda bitəcək amma qalacam unudulmaz



Mən tarixə dönəcəm,bircə
səhifəm dəyişdirəcək bütün
kitabın nəticəsin

Orduya dönəcəm,bax mənə bax bizə gör
nə qədər gənc yanımıza gəlir

Qalxana dönəcəm,hə döyüşdə
düşmənlərimizi çıxarıb aradan

Elxana dönəcəm,ancaq vəsiqədə qalan
hər yerdə mən olacam Qaraqan

Sevgiyə dönəcəm,yayı çəkib oxu atacam
bir sevgi min ürəyə batacaq

Ağrıya dönəcəm,neçə piyli
qarın öz qızılının içində
batacaq

Qatilə dönəcəm,birinci
öldürəcəm nəfsimi sonra şeytanı

Sahilə dönəcəm,uca dalğalarla mən
sığallayacam ünvanımı

İnsana dönəcəm,insana dönməyim ən
çətin iş olacaq deyəsən

Üsyana dönəcəm,öz içimizi
dəyişdirəcək bir üsyana
dönəcəm

Səyyaha dönəcəm,mən axtaracam dünyada
ən təmiz ölkəni

Çox yeri gəzəcəm,gəzib
görəcəm,son yenə Azərbaycana
dönəcəm

Mən hava olacam,oda dönəcəm,suya
dönəcəm,sonda da qara torpaq

Gün əriyəcək,gecə
keçəcək,oda bitəcək amma qalacam unudulmaz

Mən hava olacam,oda dönəcəm,suya
dönəcəm,sonda da qara torpaq

Gün əriyəcək,gecə
keçəcək,oda bitəcək amma qalacam unudulmaz.

@ H.O.S.T

Подробнее

Текст песни:

Yol, uzun bir yol.

Ömrüm davamlı addımlardı

Əlimə hakim kəsilmiş aritmiya

Ritmi pozan yoluma girənlərdi,

Yolumdan çıxanlardı.

Dünəni unutmaq adət halına çevrilib

Xronika amneziya

Hər addım yeni yol yoldaşıyla
müşayiət.

Dünən dost olan bugün artıq mənimlə
addımlamır,

Dünənim bugünümə etmir sirayət,

Deməli, azadam qaranquştək,

Rahatam,yoxdu dostum.

Öz yolumda tərk olunmuş tək

Dünən bir sevgilim vari idi,

Bir az yoruldu,

Oturduuu,oturduuum.

Ritm pozuldu.

Aldım qucağıma,

Razı olmadı.

Dedim burax get!

Tərk etdim!

O rahat, mən azad.

Bir neçə ümid də basdırıldı
həmin gün.

Amma çox tez unuduldu.

Qulağın məndə olsun!

Bu dəqiqə sənsən dostum.

Zamanı dondur bacarsan,

Qoy hər şey donsun,

Ümidlər doğrulsun!

Günəş sönsün!

Qranlıq! Boş masa

Üstündə bir şam.

Əldə məktub!

3-cə kəlmə yazılıb:

GÖZLƏMƏ! BAĞIŞLA! ƏLVİDA!



Əlvida, nazlı ümidlərim, Əlvida

Əlvida.ana mən gedirəm.ağlama,

Əlvida, Yandıraraq körpüləri,

Gedirəm sona çatıb əsərim.



Qaranlıq vağzal, heykəl sərnişinlər,

Bu yerdə neçə ürək qırıldı,

Neçə sızılti inlər.

Bnelimdə günahlar,

Torbamin içində qırıq qəlbim,

Əllərimdə qan.

Nəyim var ki, məni də məndən aldın.

İndi boş hədiyyə qutusu kimidi həyat.

Gözləməkdə hər kəs,

Öz boş içini bəzəklərlə
gizləməkdə.

Bezdim qəfəsdəki qanadlı arzudan,

Taleyimlə püşk oynamaqdan

Bezdim ağrıdan.

Gedirəm qranlıq şəhərin xəstə
küləklərindən,

Gedirəm məni sevənlərin içindən
ürəklərindən.

Gedirəm, bu torpaqda bitmədim mən,

Bu cəmiyyət anlamadı.

Və gedirəm ilk qatar hara aparsa fərqi yoxdu.

Əlvida, doğma pəncərələr, Əlvida

Əlvida, ulduzlu gecələr, Əlvida

Gedirəm

Divardakı rəsmlərimi tullayarsız,

Yazdığım şeirləri də kim
istəsə paylayarsız.

Güldürərsiz sevgilimi darıxıb ağlayanda,

Yandırarsız çadırı kimsə yas saxlayanda.

Lazım deyil quru hörmət,

Mənə doğma faciəm.

Əlvida, sonuncu misra sənlə bitdi qafiyəm!

@ H.O.S.T

Подробнее

Текст песни:

Məni bağışla, padre...qaranlıq altar
Pərdə arxasından etiraflarımı dinlə
Müqəddəs ata, bu kilsədə ilk və son
dəfə
Danışacam içimə bağlı gizli,
böyük sirrlərimi

20 ilimi geridə qoydum göz qırpımında
İncə uşaq, sərt qalaya döndü
Dirək axtarırdım, başqalarına dirək oldum
Məcbur oldum, həyat oyunu çox cığaldır
Saçıma çəkilən hər sığalda
anamı tapdım
özümə rəfiqə seçdim...Günlər
keçdi beləcə
Arzularda velosiped də qaldı, yox idi onda imkan
Çox dalaşdı atam anamla
Qapının önünü mən pusurdum
O vaxtdan yarandı vərdiş, hamı
danışır
Mən susurdum.....
"Uşağı həkimə göstərin,
bəlkə sinirləridir xəstə?"
Hamı əllərində
çiçəklərlə gəzir
dəstə-dəstə
"Qaraqan ağlayır qıraqda...."
"Qaraqan dərd çekir..."
"Təzəcə başlamış bu uşaq
həyata necə də xətt çəkir..."
"Nəyə görə hamı oynayanda oturur arxada?"
"Nəyə görə məktəb,
ali-məktəb arxa partada?"
"Nəyə görə "sevgi"
sözünü eşidən anda gözü
qaçır?"
"Neye görə qanıqara?..."
Hamı eyni mövzu, eyni suallarla
Bezdirəndə qaçıb, dəniz sahilində
Dizimi qucaqlardım, indi həmin günlər uzaqlarda
Uzaqlarda nargin, yanır-sönür mayak
1 az sakitləş...nəfəsi saxla...10a qədər sayaq

1...2...3.......

Məni bağışla, padre...qaranlıq altar
Pərdə arxasından etiraflarımı dinlə
Müqəddəs ata, bu kilsədə ilk və son
dəfə
Danışacam içimə bağlı gizli,
böyük sirrlərimi


Deyirlər "Pul deyil əsas, onunla xoşbəxt olmaz"
Deyirlər "İnsan elə bir varlıq, heç vaxt
gözlər doymaz"
Deyirlər "Sevgi olan yerdə, Qürur
xəstəlikdir"
İçimə doldu payız xəzanı yenə
də yaşadım arzularda
Üstəlik mənim də gizli hisslərim gizlənib
Neçə bina damından ulduzlara baxıb, gözlədim
İstədim sevgilim olsun mənimlə eyni
düşüncələrə sahib
Yarı sözdən anlayaq bir-birimizi
Çox ürək də qırıb, getdim
Göz yaşları
töküldü....-səbəbi mən
Hərdən oluram əsəbi mən, hərdən
içimə qapanıram
Hərdən intihar arzuları biləkdə iz qoyur...
Hərdən Allahın qarşısında QaraQan diz
çökür
Və Sanki xeyri yoxdur dualar da
Sanki, boşdur həyat filmi
Maraqsızdır...bu nə bəladır? Bu nə
cür işdir?
Uşaqlıqdan arzum olub rəssam olum
Amma bu gün rəssam olmaq istəyən acından
ölür
Xaraba dünya...Dərəyə yıxılan araba
dünya
Qəribə dünya..burda Hamı quldur, təkcə
Xəlifə dünya...
Əlinə, dünya, düşmüşəm
oyuncaq kimi
Mən kəpənək, sən
hörümçək kimi
Toruna bağlı, ürəyi dağlı...

Məni bağışla, padre...qaranlıq altar
Pərdə arxasından etiraflarımı dinlə
Müqəddəs ata, bu kilsədə ilk və son
dəfə
Danışacam içimə bağlı gizli,
böyük sirrlərimi

Hələ də hıçqırıqlar içimi
doldurub,
"Nəyə görə gəlmişəm bu
həyata?"
Qəribə suallar...divar tək əhatəmdə
Xasiyyətimdə sentemental doludur kompleks
Gücüm zəifliyimi danmamaqda
Qapını üzümə bağlamaqda peshəkar olan

Doğmalar var...məni sevənləri incidirəm
Sevməyənlərin acığını onlardan
çıxıb,
İnsanam, mən də öz səhvlərimlə
Həyata tozlu pəncərədən baxıb,
Günbəgün və günbəgün bezib,
Eyni mənzərədən qaçıram
ölümə doğru
2007 addım atmışam, yəqin az qalıb
Naşükürəm, bəlkə hər nə
olsa, yenə də az gəlir
Əbədi qışdayam amma inanıramki, YAZ
GƏLİR......

@ H.O.S.T

Подробнее

Текст песни:

Hava Od Su Torpaq

Bugün isti olacaq burda

Pәrdәlәr açilsin

Tamaşa başlasin

Dәrd sәhnәsindә sәrt qafiyә

Hava Od Su Torpaq

Bugün isti olacaq burda

Pәrdәlәr açildi

Qarşila HOST Alliance

Kimlәrә dost, kimә faciyә



Әllәri qaldirin – dörd tәrәfdәn
hücum vәzәfi güllәlәr gәlir

Әllәri qaldirin – şirin yuxu qurtardi, bala,
üstüvә kölgәlәr gәlir

Әllәri qaldirin – rapimizin iyinә ac
şәhәrlәr, ölkәlәr
gәlir

Әllәri qaldirin – kor xoşbәxtlәr
cәnnәtivizә qarğalar gәlir

Әllәri qaldirin

Bir yox, üç yox, beş yox, on yox

Sayimiz artir, siralarimiza son yox

Monoton yox, plagiyatux

Önümüzü tuta bilәcәk barikatux

Әllәri qaldirin

Oh, mәnәm, ice

Partla ishiq bir saniyә (Jesus Christ!)

Köhnә disklarin hamisini yandirin, sindirin

Әllәri qaldirin



I’ll explain: you all homies, the war is a hustle

You gotta figure it out, or it gonna take a hella disaster

This my rap, everlasting

No words can be after

All I need – put your hands up now

After that we gonna start this

They say I’m gangsta, but I ain’t satisfied with my life

All that money, cars, clother ain’t classified with my life

You say I’m intelligent, I’m doin the shit in my mood

They call me “royal”, so I have some respect in my hood

( ! ) fights in our blocks, have a job and then relax

Put our clips and our claxons, all we do – we just rap

In this map we are free, and you stop abruptly

Girls take whatever and love it

Look at our face and laugh at it

We let them go on laughing, don’t matter what they doin

We are involved in our job, you see it and we prove it

See us we screaming “Ooh, wee”

Seeing as H.O.S.T Baku Klan

And homies, you ain’t know what they gonna be



Hava Od Su Torpaq

Bugün isti olacaq burda

Pәrdәlәr açilsin

Tamaşa başlasin

Dәrd sәhnәsindә sәrt qafiyә

Hava Od Su Torpaq

Bugün isti olacaq burda

Pәrdәlәr açildi

Qarşila HOST Alliance

Kimlәrә dost, kimә faciyә



Hava Od Su Torpaqla açildi gözlәr

Baxin gözümüzә, od saçir bu gözlәr


Parça-parça, әllәr yumuruq oldu

Ürәyә qorxu, bu gecәlәrdә qorxulu yuxu
oldu

Yaxşilara dost, pislәrә düşmәn

Belә keyfiyyәt hәlә düşmәn

Rap körpәz, HOST körpü

Ol sәssiz, sizin kimisini sәhnәdә çox
gördük

Bir say sәkkiz, hansi MC yaxşi, hansi MC pis

HOST qoyacaq biz rapin tarixinә

Bizimki silinmәz sizi rapin tarixinә

Qalxdiq pillә-pillә

Zilә kobudlaşdi qafiyә

Mәnәm HOST, mәnәm Baku Klan

Dahiyәm, hәm saniyәm daha dәyәrli vaxtim

Mәnәm rap, rapimin dalinda HOST qatardi



Qaç, uç, çix özundәn

HOST sәhnәdә partlar bugündә rap

Sifәtә şillә olmasin deyә qaldirin
әllәri vә tutun әlimdәn

Bir alti dünyada mәsgәnim, әsgәrim

Hәr sözüm, ordularin treklәri

Masan alt-üstәdә bilmәz heçkәs

Sәhnәdә sәkkiz sәrkәrdәni

Әllәriniz kәsik-küsük

Üz-gözünüz әzik-büzük

Kim keçәcәk?

Bir gün rubikonu görsәn de mәnә
üzüb-büzüb

HOST divardi, kәrpiçlәri kәllәlәr

Düzüb divara istәdiyini güllәlәr

Kәlmәlәr kimi özünü
gәtirәr

Kimlәrin ürәyini silkәlәr



Hava Od Su Torpaq

Mәnim cismim, sәnin ruhun

Mәnim hisslәrimi maddilәşdirdim

Әl vur hisslәrimә toxun mәnim

Bu dәfә seçim hüququn yoxdu

Fikirlәşmә, dinlә sәtrime qulsan

Onu zülmәtin şuari qәbul etdiy

Әvvәlin sәnin, sonum mәnim



Hava Od Su Torpaq

Bugün isti olacaq burda

Pәrdәlәr açilsin

Tamaşa başlasin

Dәrd sәhnәsindә sәrt qafiyә

Hava Od Su Torpaq

Bugün isti olacaq burda

Pәrdәlәr açildi

Qarşila HOST Alliance

Kimlәrә dost, kimә faciyә

@ H.O.S.T

Подробнее

Текст песни:

Heyatim maraqsiz nagildi sanki,
Yuxuya gedirem istemeden
Yasam donub sanki saatlarda zamanin olumune
Hormetli sukut deqiqesinde ebedi qaldi,
Heyat verdi ezabi,kederi qefese saldi,hevesi aldi..
Aglamaq maraqsiz,sevinmek maraqsiz..
Heyata olan butun maragim oldu,bos deyinmek maraqsiz..
Heves oldu her seye,baxmiram da teqvime..
Yasamagimin menasi olmemekdi sadece..
Qezetler maraqsiz,dergiler maraqsiz..
Getdiyim ve getmediyim butun sergiler maraqsiz..
Verlisler maraqsiz,cixislar maraqsiz..
Gelmisem basqa dunyadan,yeni ulduzlar maraqsiz,qefesler maraqsiz..
Maraqsizdi mene hansi olke bu gun onde,
Maraqsizdi mahni hitde,hansi repci debde..
Maraqsizdi hansi tanislarim KKB-dendi..
Maraqsizdi kimler hansi ildendi,hansi burcdendi..
Maraqsizdi Pentaqonda kimin qismetinde bomba..
Maraqsizdi kimdi bu gun kendci,kimdi bu gun bomba..
Maraqsizdi hansi sayt HOSTun adina yalan yaxir..
Maraqsizdi qonsularim daha cox hansi seriala baxir..
Maraqsizdi doyusler,butun sulh danisiqlari da..
Maraqsizdi sevgilimin sevgilileri,pullari da..
Maraqsizdi “Sari Gelin” bizim yoxsa ermenilerin..
Decel usaqlarin cigal oyunu,heyata itti guvenim..

Men yene sensiz payiz esir hevesle
Yene kuleyi sesle geri gel nazli yagis
Sarilim sene,qucaqla meni donek golmeceye..

Bir gece,bos kuce,bir qelem bir de men..
Bir gece,bos kuce,bir qelem bir de men..
Agaclar islanib,korpe budaqlar,yagis getme meni buraxma,
Qucaqla,qucaqla..Agaclar islanib,budaqlar,
Yagis getme meni buraxma qucaqla,qucaqla..

Kitablar maraqsiz,hamsi eyni sanki..
Milli meclisde yatan deputatlar yeter,sayi maraqsiz..
Sadliq evlerinde 100 sou proqram,100 mugenni,calcagir maraqsiz..
Gelen qis maraqsiz..Kecen yay maraqsiz..
Dostlarin da icinde niyese darixiram..
Sevgi bitdi yenisine baslamaqdan cekinirem,darixiram..
Ad gunumde ufurduyum samla tek qalmisam..
Yene de bos otaqda Qaraqanla tek..
Ne aile qurmaq isteyirem ne de ki olsun usaqlarim..
Amma tek de bacarmaram,tab getirmez qanadlarim..
Belke sebeb qirilmis sevginin depressiyasi,
Men sanki umidsizliyin canli versiyasi,
Qaraqanin aqressiyasi,eseblerin sessiyasi,
Dunyani deyismek indi tekce H.O.S.T-un missiyasi..
Istisnasi olmur,heves yoxdu,inam yoxdu,inam yoxdu,guven yoxdu,
Guven yoxdu demeli,yollar ayri..seni tanimamis deyirdim ki, ilan yoxdu..
Amma indi deyirem ilan da var,zeher de var,olum de var,keder de var..
Her zulmet qaranliqdan sonra cixan seher de var..
Seher var ama gunes yoxdu,sevinc var ama gulus yoxdu,
Qelebe var ama doyus yoxdu..demeli yoxdu qehreman..
Sehvlerim oz ucbatimdan,kimden alacam intiqam,
Kim qalacaq menle eger birden itse bedaetim..
Kim severdi meni eger olmasaydi cesaretim..
Kimler nifret eliyir amma qorxub uzume soye bilmir..
Kimler gizli-gizli sevir amma susur,deye bilmir..
Kim goresen dozer menim cetin,qeribe xasiyetime..
Herden baxib nifret eliyirem ozum oz xasiyetime..
Sakitles bir az,besdi cixma ozunden,
Yagis yagdi seher doldu golmeceyden dizimden..
Sema pencere,buludlar perde kimi..
Her bir mahni basqa dunya,gorune biler adi sehife kimi..
Sakitles bir az,besdi cixma ozunden,
Yagis yagdi seher doldu golmeceyden dizimden..
Sema pencere,buludlar perde kimi..
Her bir mahni basqa dunya,gorune biler adi sehife kimi..

Men yene sensiz payiz esir hevesle
Yene kuleyi sesle geri gel nazli yagis
Sarilim sene,qucaqla meni donek golmeceye..

Islanib budaqlar.. yagis getme meni buraxma qucaqla,qucaqla..
Agaclar islanib,budaqlar..yagis getme meni buraxma qucaqla,qucaqla..

Bir gece,bos kuce,bir qelem bir de men..

@ H.O.S.T

Подробнее

Текст песни:

Səsimə səs gəlmir,mən tək
qalmışam
Bəlkə qorxulu yuxu mən yatmışam
Bəlkədə ölmüşəm sona
çatmışam
Amma yox,hələ hazır deyiləm axı
Mənə baxın,məni görün,məni
dəli bilin,amma dindirin
Hələ yaşamağa eşq
bol,daşımağa yük bol
Tək bir yol,tək bir gün mənə bəs
edər

Mən dəyişəcəm ! ! !
Mən dəyişərək hamı kimi ola
biləcəm
Hamı kimi ölə biləcəm ən azından
Ruhumu buraxıb bədən ola biləcəm
Hamı kimi ölə biləcəm ən azından ( 2
)

Hər səhər diş fırçası dostum
Qara kostyum,ağ köynək,qalstukum
Hər şeydən üstün işim olacaq
Heç nə haqqında düşünmədən
Durmadan işləyib bir gün ayılacam ki
40 yaşım olacaq,xoşbəxt olacam onda
Yanımda oğul,uşaqlarım,həyat yoldaşım
olacaq
İti yaddaşım olacaq,kommunal borcların
hamısını
Yadda saxlaya biləcəm mən

Mən dəyişəcəm ! ! !
Mən dəyişərək hamı kimi ola
biləcəm
Hamı kimi ölə biləcəm ən azından
Ruhumu buraxıb bədən ola biləcəm
Hamı kimi ölə biləcəm ən azından ( 3
)

@ H.O.S.T

Подробнее

Текст песни:

Əvvəlcə Allahdan həyat istədim

O mənə qaranlığı verdi

Sonra Allahdan işıq istədim

Həmin gün mən doğuldum

Amma bu işıq çox parlaq oldu

Və mən qorxdum,ağlamağa başladım

Allaha yalvardım ki,məni qorusun

Elə həmin dəqiqə anam məni qucaqladı

Və mən sakitləşdim,sonra Allaha şükür
elədim

Onda Allah mənim gözlərimi açdı

Başladım gülməyə,sonra
böyüməyə

Hər kəs kim,və bir gün,bir gün

Allahdan xoşbəxtlik istədim

Amma səs gəlmədi

Yenə dua etdim,yenə də xoşbəxtlik
gəlmədi

Onda anladım ki,xoşbəxtliyimi özüm tapmalıyam


Və başladım axtarmağa

Gücdə,şöhrətdə,qızılda,kitab
da,elmdə

Hər yeri gəzdim,dolaşdım

Hər kəsdən soruşdum

Amma hər dəfə insanlar mənə səhv yolu
göstərdilər

Və hər dəfə xoşbəxtlik
sandığım qapıları

Var gücümlə döyəndə

Qapıları açan olmadı

Açılanlarda da xoşbəxtlik olmadı

Tapa bilmədim və yorulub başladım qayıtmağa

Yolda qoca,müdrik bir dərvişlə rastlaşdım

Və dedim : Xoşbəxtlik yoxdu

O isə dedi : Sən onu qıraqda axtarırdın

Amma xoşbəxtlik sənin içindədir

Mən inanmadım,onda dərviş əlimi
götürdü

Və sinəmə qoydu

Dedi : Qulaq as,döyüntünü eşidirsən

Bu sənin xoşbəxtliyindir qapını döyür


Elə isə aç qapını...



İllər keçər ağrılar bir gün
mənə yuxu kimi gələr unudular

Hər acı,hər kin düşmənlər olar
uşaqlıq dostu

Ya da uzaq tanış,dalaş-barış

Hər nağılın sonu başqa bir
nağılın başlanğıcı

Dəyişmir heçnə,dəyişən bircə
divar təqvimimdəki yarpaqlar

Mən sularda tənha dənizçi,sən toruma
düşmüş qızıl balıq

Həyat sınıx-salxağ bir körpü,ciynimdə
çuxan,ayaqlarda çarıq

Gedirəm neçə qəlbim yurdundan qovuldum
düşmən kimi

Neçə qəlbə dəvət aldım
getmədim yaşadım gördüm mən insan kimi

Kitab arası qurudulmuş kəpənəylər kimi

Neçə ölü gözəllik məni
aldatdı

Elə gün oldu ölünü də
güldürdü

Elə gün oldu təlxəyi ağlatdı

Əhsən deyib güzgüdə əksimə
güc verdim

Mənə ruh verdiki yenidən qalxım

Yenidən qalxdım,ayaqlarımın üstündə
özüm durmuşam

Bugündə mən bitmiş bir payız kimi

Birinci qarın həsrətində

Küləylərimi şimaldan saldım

Buz şəhzadəm qismətimdə

Kaş bir günü qeybətsiz başa vuraq

Kaş bir gecə kabussuz yata bilək

Kaş vurulaq,sevilək sevgisi bitəndə

Biz də sevgini keçmişə ata bilək

Əl verin mənə dar günə xilasgar ip verin

Məni içimdən alacaq yol verin

Mənə yoldaşı çox olan dost verin

Məni qardaş çağıracaq gün verin

Mənə dünəndan fərqli güc verin
gücsüzləri qoruyum

Söz verin mənə qəlbinizdəki qorxu
bataqlığı bir gün qurucacaq

Dən verin ağ göyərçinlərə
pəncərələrinizə dadansınlar

İmkan verin içinizdəki tələlər
qəfəslər parçalansınlar

Azadlıq qarışsın qoy hər
nəfəsə hər ürək alovlansın

Bugün elə bir şey edin ki,bir ildə on ildə
keçsədə yadda qalsın...

@ H.O.S.T

Подробнее

Текст песни:

Bir gecə açdım pəncərini mən,
Aşağıda qaçışan balaca insanlara
baxdım.
Nəfəsimə çəkdim
şaxta,ayazı,qışı gətirər
otağıma,
Pərdəni rəqs edəndə
gördüm,küləklə,
Hər şeyi yenidən başlıyaq.
Amma mən yorğun,amma sən kinli,amma yox o hisslər artıq
həvəsdə.
Qapını üzümə örtüb
çıxdı otaqdan,qalmışam yenə
pəncərədən açılan
mənzərə.
Məni uçmağa vadar etməsə,bu
nəğmə oxunar.
Şəhərin sonsuz binalarının
işıqları,gözümü qamaşdıran
Soyuqdandımı,şaxtadandımı,yanağıma
tökülən ilıq yaşlar.

Yenə yuxusuz ,dolmuş gözlər qorxusuz.
Qaranlıq otaqda tək qalmışam
Yenə göz yaşı yağışlı
birgə darıxır qucaqsız.
Yarpaqlar ağacda üsyan edəcək.payızı hasara
almağa,
Yox meyl,yox güman,yox qəfəs,indi qəfəsdən
uçmağa.
Yenə donmuş qanadlar,pəncərə,4 divar birdə
mən,hansı fəsildi bilmirəm.
Dibçəkdə də solacaq bir gecə
qızılgül,solsun qoy,dərmirəm.
Səni sevmirəm,ey uzun gecə yuxumu qaytar ,geri,de necə?
Deyəcəm sevgilimə ki,gecəni keçirtdim
gecəylə tək baş-başa.
Yaşamaq istərsən get tək yaşa,sən
ayrı ,mən ayrı.
Qalaq indi çətin həyat.yox bu mövzu
ağırdı,
Yuxusuz gecədə,gözüm qaraldı.
Yerim isti,yorğanaltı həyat mənə çox
şeyi öyrətdi.
İlk kabusumu suya danışanda ,dedim ki.əjdaha
gözünü mənə bərəltdi.
Amma,indi bu kabusun gülmələdi,
Yuxularsa bir işarədi
Mələklər sevəcəm,butalar
görəcəm,
Oyananda yenə səni seçəcəm,
Hər gün təkrarlanan yuxusuzluq xəstəlikdi sanki,
Mən pəncərə qarşısında
yorğu,göə baxıram,dilimdə suallar.

Soruşdum küləkdən,niyə belə
əsirsən,hara tələsirsən?
Dedi:Mən buludlarımı susuz səhralara
yağdırmağa gedirəm.
Soruşdum günəşdən:Hanı sevgilin
ay,niyə dalaşıbsız
Dedi:Biz bir yerdə olanda zülmət düşə
bilər aləmə.
Ulduzlardan soruşdum: Nazlı qızlar parıltınız
nədəndi?
Dedilər: Ağlamaqdan,kipriklərimizdəki yaşlardan.
Soruşdum quşlardan:Məni özləriylə
apararlarmı?
Soruşdular: Qanadların varmı? Qaraqan qanaqların varmı?

Soruşdum dənizdən:Niyə dalğaların
gedib-gəlir?
Dedi:Tənhalıqdan darıxmamaq üçün
özüm-özümə bu oyunu
düşünmüşəm.
Soruşdum dağlardan: Niyə zirvələriniz qarlı?
Dedilər:Uzun illər yaşadıq,bizdə qocaldıq
,saçlarımız ağardı.
Soruşdum çaylardan:Hara qaçırsız,kimdən
qorxursuz ki?
Dedilər:öldürdüyümüz qayaların ruhu
bizi rahat buraxmır.
Soruşdum torpaqdan:Niyə ölmüş insanları
udursan ki?
Dedi:Qisas alıram,məni alçaldıb taptalıyanlardan.
Bir gecə açdım pəncərini mən,
Aşağıda qaçışan balaca insanlara
baxdım.
Nəfəsimə çəkdim
şaxta,ayazı,qışı gətirər
otağıma,
Pərdəni rəqs edəndə
gördüm,küləklə,
Hər şeyi yenidən başlıyaq.
Amma mən yorğun,amma sən kinli,amma yox o hisslər artıq
həvəsdə.
Qapını üzümə örtüb
çıxdı otaqdan,qalmışam yenə
pəncərədən açılan
mənzərə.
Məni uçmağa vadar etməsə,bu
nəğmə oxunar.
Şəhərin sonsuz binalarının
işıqları,gözümü qamaşdıran
Soyuqdandımı,şaxtadandımı,yanağıma
tökülən ilıq yaşlar.

@ H.O.S.T

Подробнее

Текст песни:

Yeni vərəq,yeni qələm sevgi sanki
cəhənnəm

Ürək sancır nəfər gəlmir sevgi
xəstəlik vərəm

Sevgi cadu kimidi qanla çəkilmiş pentaqramma

Sağ olsaydı Şekspir mənim həyatımdan
yazardı drama

Biraz stress koma pristup arada bir də paranoya

Bu nə zamandı insanlar sanki robot mamamiya

Yox romantika ürəklər artıq sevmir

İçidə boşdu hamının kirayə
verilən otaqlar kimi

Oyna uşaqlar kimi mənim ürəyim oyuncaqdı

Sındır əlini çıxart gözünü
xeyri yoxdu yenədə sağdı

Qələm damar mürəkkəbimdə qan axır
sətirlərə

Lirik fəlsəfəm çevirir orduları
əsirlərə

Qaraqanam HOSTun oğlu

Yaraları buzla doldur kim deyir ki sevgi var?

Mən deyirəm sevgi yoxdur

İndi fərqli hisslərində hamı başqa arzularda

Leyli Məcnun sevgisidəki boş nağıl arzularda



Dar,insanlar onlar özləri özlərindən qorxdular

Unutdular yox olaraq arzular,ümidlər,sevgilər
ürəylərdə itər

Çünki dar insanlar dəlicəsinə
sevməkdən qorxdular

Çürüntülər ürəkləri
bağladı mələklərdə içimizi
görüb ağladı



Yeni gecə yeni səhər sevgi yoxdur var kədər

Sevgi yoxdur var yalan sevgi yoxdur var zəhər

Sevgi yoxdur uşaq nağıllarıdı gözəl
əbədi sevgi

Ehtiras var yalannan deyirlər səbəbi sevgi

İndi seks və şou indi geroin və pul əsri

İndi MTV,Sweet Sixteen,Pimp My Ride əsri

İndi hi5 zamanı indi easy life zamanı

Mobil telefonlar kimi mobil insanlar zamanı

Sülh raketlərdən atılır yemək
paketlərdə satılır

Sevgi yoxdur hər il yeni bir sevgi çıxır sonra
atılır

Sevgi yoxdur gizli-gizli parkda sevişmək var

Sevgi yoxdur dalaşmaq qırışmaq didişmək var

Sevgi yoxdur var dörd təkər üstündə
dəmir parçası

Leyli olub bu gün 90x60x90 markası

Sevgi olur qanadlarla əlvan sehrli hisslərlə

Sevgi olmur saytdan hazır götürülmüş
smslərlə



Dar,insanlar onlar özləri özlərindən qorxdular

Unutdular yox olaraq arzular,ümidlər,sevgilər
ürəylərdə itər

Çünki dar insanlar dəlicəsinə
sevməkdən qorxdular

Çürüntülər ürəkləri
bağladı mələklərdə içimizi
görüb ağladı



HOST , Qaraqan , sevgi yoxdur , bügün sevgi belədi ,

Görəsən 5 il sonra necə olacaq ?...

@ H.O.S.T

Подробнее

Текст песни:

Sen her seyin sahibi, mense qul,
Sen Allah men senin qarsinda qum denesi..
Sen edebisen, mense 60il uzagi 70il,
Qanimi icen suallarin icinde itmisem

Ver nefes, ver nefes ciyerlerde ses
Yoxdu nebz durub ses sessiz urey elimi kes
Yazmiyin bu mahni cehenneme aparir azmiyim
Gunahlarim cox onsuz da daha birin de yazmiyim
Mescidin qapisin ortdum arxadan
Tek qalim seninle tek mollasiz yaradilan ve yaradan
21 Bahar, 21 Payiz cox axtardi gozlerim seni goylerde
Indi cokub cokub diz
Namazlar, dualar icimde supeli suallar
Tovbeler, tovbelerden sonra eyni gunahlar
Gizli meqamlar, yuxuya get seytanin piciltisinda
Qelemi kagiza qardas eledim mominin sixintisinda
Secdeler, rukunlar, sebbeler, sukunlar
Cehennemde yoxdu od, gunahlarimiz odunlar
Dilde fatihe qurudu bombalardan diksinende
Bagdad oldu novbe bizde, sizdi beyine isti qanlar
Suallar,suallar, dahilerin boyuk ezabi
Cavablar, cavablar hani suallarin cavabi
Gucsuzem, qorxagam, bagisla yox iradem
Isteyirem cennete, amma kesibler sirati
Sureler, ayeler, bagirtilar, naleler
Icimdeki seytanin elinde gozel laleler
Aldadir, aldaniram, yalan danisir inaniram
Gunah verir sevinirem, vermiyende dilenirem
Binam sirkelenir en altda curuk kerpic var
Divarlar sixilir icime, isiq gelir, mescid dar
Catladiqca minareler, qulaqlara hucumdu sesler
Gozlerimin qarsisinda ag geyimli Muqeddesler
Parcalandi pencereler, dayandi zaman
Dondu havada cilikler, isiq, goz qamasdiran
Dondu dunyam eksine,guzgu baxiram eksime
Meleyler, cinler her terefden sarilib ustume
Bir anliq mekan deyisir, icindeyem cennetin
Adem, Hevva, agac meyve, qisqiriram dermiyin
Shah damarim qopub axir qani, yerinde damarda irin
Yaradilishin sirleri icime dolur ilim-ilim
Beyin doze bilmir istedim gizlenim Allahdan
Huceyrelere qeder agri, ozume baxiram uzaqdan
Qanadlarim belimi cirib cixdi bayira kurekden
Dizimin uste cokub dozmuyub qisqirdim urekden......

@ H.O.S.T

Подробнее

Текст песни:

Boz gunlere paralel rengli seyfeler..
heyatmizdan uchur boinqle deqiqeler.
eger her sheyden bezmisen se bura gel
bizim bitmir enerjimiz sanki duresel..
bizin saytlar ishlemir kerasinle..
tac.az sanki naqasaki xerosima...
kimin bashindadi tac bugun bax sech..
nedir heyat terzin linkleshdir tap sech
paralel dunya burda gerchey arzular
yox yarimchiq hissler var gerchey arzular..
yox yersiz terifler yoox pafos
ferqli fikirler, beyinler tam xaoos

nedi bu reklam? meni guldurme
de buna destey daha duzgundu..

menim heyatim menim qaralama defterim
oyrenirem uzerinde men seflerin
atilaraq uzerinden men sedlerin
genishlendirerey serhedleri
men inaniram bu divarlari qiracam
yixilsam da tersem bir de duracam..
edeceysiz hack yenisini quracam
bu danilmaz fakt tac bizim olacaq..

@ H.O.S.T

Подробнее

Каталог текстов песен

Список текстов песен h.o.s.t.

В нашем каталоге текстов песен Вы с легкостью найдете интересующие Вас тексты!

С помощью фильтра можно отсортировать тексты по исполнителю, количеству слов, языку и ненормативной лексике!

Используйте поисковую строку для быстрого поиска песен по названию.

Скачивайте интересующие Вас тексты в форматах word (docx), txt, pdf!

Вы можете выбрать несколько песен сразу и скачать их тексты одним файлом!

Добавляйте понравившиеся треки в избранное, чтобы в любой момент иметь быстрый доступ к любимым песням.

Мы надеемся сайт SingMe сможет поднять Вам настроение и сделать Вас чуточку счастливее!

Случайный анекдот

Скопировано
Сообщить об ошибке /
Отправить предложение
Спасибо! Ваше сообщение отправлено!
Я принимаю пользовательское соглашение и подтверждаю, что ознакомлен и согласен с политикой конфиденциальности данного сайта
Отправить